Kiyevin üzü gülməyə başladı!backend

Rusiya üçün Qara dənizdə soyuq duş..

Ukrayna hərbi kəşfiyyatı Krım yaxınlığında Rusiyanın “İvanovets” hərbi gəmisini məhv etdiklərini açıqlayıb.

Ukraynada insanlar gülməyə başlayarkən Britaniyanın “Guardian” qəzeti son hücumun Kiyevin Qara dənizdə genişlənən gücünü ortaya qoyduğunu yazıb.

Rusiyanın Ukraynaya təcavüzünün bu gün 709-cu günüdür.

Kiyev administrasiyası avropalı müttəfiqlərinin dəstəyi ilə başlatdığı əks-hücumdan gözlədiyi nəticəni ala bilmədi. Uzun müddətdir ki, döyüş meydanında ciddi irəliləyiş əldə olunmayıb.

ABŞ və Aİ-də yardım fondu böhranları, ölkəni sarsıdan korrupsiya qalmaqalı və Moskvanın ardıcıl hücumları əhval-ruhiyyəni aşağı salsa da, bu həftə Ukraynanın bəxti yenidən gülməyə başladı.

Avropa İttifaqı liderləri dünən Macarıstanın baş naziri Viktor Orbanı Ukraynaya növbəti dörd il ərzində dəstəkləmək üçün 50 milyard avroluq (54 milyard dollar) yardım paketini təsdiqləməyə razı sala biliblər. ABŞ prezidenti Co Bayden respublikaçıların veto qoyduğu 61 milyard dollarlıq hərbi yardım paketi üçün “Afina formulu”nu tətbiq etməyi düşünür.

Ukrayna hərbi kəşfiyyatı dünən rəsmi sosial media hesablarında Rusiyanın “İvanovets” döyüş gəmisini məhv etdiklərini açıqlayıb.

Pilotsuz dəniz vasitələri ilə həyata keçirilən hücumun görüntülərində gəminin əvvəlcə yan tərəfə əyildiyi, daha sonra partlayaraq suya batdığı görünür.

Ukrayna Müdafiə Nazirliyi gəminin təxmini dəyərinin 60 milyondan 70 milyon dollara qədər olduğunu açıqlayıb. Dövlət Departamentinin rəsmisi Olexander Scherba hücumu “təsirli” adlandırıb.

İvanovets, təxminən 40 nəfərdən ibarət ekipajı olan hərbi gəmilərdir. Hücumda hər hansı itki olub-olmadığı hələlik məlum deyil. Məsələ ilə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.

Ukrayna uzaqmənzilli raket zərbələri və pilotsuz dəniz vasitələrinin innovativ istifadəsi ilə Moskvanın Qara dənizdəki hökmranlığına böyük zərbə vurdu.

Nəticədə Moskva Qara dəniz donanmasının əsas hissəsini Krımdakı əsas bazasından Novorossiyskə geri çəkməyə məcbur oldu. Ukrayna isə Odessa və yaxınlıqdakı digər limanlardan taxıl ixracına yenidən başlamaqla müharibədən əvvəlki səviyyəyə qayıda bildi.

Britaniyanın “Guardian” qəzeti yazıb ki, son hücum Kiyevin Qara dənizdə genişlənən gücünü ortaya çıxarıb.

Ardıcıl gələn xoş xəbərlər Kiyev administrasiyasını gücləndirsə də, Ukrayna Baş Qərargah rəisi Valeri Zalujninin istefaya göndəriləcəyi ilə bağlı iddialar hələ də gündəmdədir.

İddia olunur ki, Ukrayna prezidenti Zelenski “dəmir general” kimi tanınan Valeri Zalujninin açıqlamalarından narahat olub və əks-hücumun uğursuzluğunda baş komandanı günahlandırıb.

İctimai rəy sorğuları Zalujninin gələcəkdə Zelenskinin rəqibi ola biləcək güclü fiqur olduğunu ortaya çıxarsa da, Britaniya mediası Zalujninin işdən çıxarılmasına müqavimət göstərdiyini iddia edib.

Mülki və hərbi idarə arasındakı böhranın komandanlıq zəncirindəki etimadı zədələdiyi və cəbhədəki əsgərlərin mənəviyyatına təsir etdiyi bildirilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal