Kobudluğuna görə ömürlük parka girişi qadağan edildibackend

Çində panda qəfəsinə əşya atan hər kəsin parka girişi ömürlük qadağan ediləcək.

Çindəki Panda Yetiştirmə və Tədqiqat Mərkəzindən edilən açıqlamada qəfəsə əşya atan ziyarətçinin “nəhəng pandalara zərər verə biləcək davranışlarına görə ömürlük panda parkına girməsinin qadağan edildiyi” bildirilib.

Açıqlamada ölkənin milli dəyəri olaraq görülən pandaların “sərt qidalanma qaydalarına” sahib olduğu qeyd edilərək, ziyarətçilərin bu mövzuda diqqətli olması lazım olduğuna diqqət çəkilib.

Ötən il Sıçuanda 2 mərkəzdə ümumilikdə 34 panda doğulub.

 Çinin milli dəyəri pandalardır

Çin xalqının böyük rəğbətini qazanan pandalar uzun illərdir ki, digər ölkələrlə dostluğun möhkəmləndirilməsində, gərginlik yaşayan ölkələrlə buzların qırılmasında və ölkənin imicinin möhkəmlənməsində böyük rol oynayır.

Çinin diplomatik əlaqələrində pandalar bəzən “panda diplomatiyası” kimi gündəmə gəlsə də, ilk panda diplomatiyası 1957-ci ildə Sovet İttifaqına hədiyyə edilən Pinqpinqlə başlayıb.

Mənbə: TrtHaber

Aynur Camal