Kofenin içinə Viaqra qataraq həmkarlarını zəhərləməyə çalışdıbackend

İngiltərədə bir şirkətdə təmizlikçi işləyən 62 yaşlı Karen Beale həmkarlarının qəhvəsinə Viaqra keçirtdiyi üçün həbs edilib. Hakim qarşısına çıxan yaşlı qadın ona qarşı irəli sürülən ittihamları rədd edib.

İngiltərədə baş verən hadisə görənləri heyrətə salıb.

Doverdə bir şirkətdə işləyən 62 yaşlı təmizlik işçisi Karen Bilenin iki həmkarını zəhərləmək üçün qəhvənin içinə Viaqra qoyduğu məlum olub.

Hadisə ofis işçilərinin hazır qranullardan hazırlanmış qəhvədə qəribə dad hiss etməsi ilə başlayıb. İşçilər daha sonra qəhvədə üzən mavi və ağ hissəcikləri görüb və vəziyyəti polisə bildiriblər.

Qruplar ofisə gələrkən kamera görüntüləri araşdırılıb.

Təhlükəsizlik kamerasına düşən görüntülərdə Beale-in içərisində hazır qəhvə qranulları olan bankaya gizli bir şey qoyduğu və daha sonra homojen olması üçün bankanı yaxşıca silkələdiyi görülüb. Kamera qeydləri ortaya çıxıb.

Eyni zamanda, təhlükəsizlik kamerası görüntülərində Beale’nin qəhvə qabını mavi lateks əlcəklə tutduğu və barmaq izlərinin qalmaması üçün xüsusi olaraq paltarına sildiyi diqqət çəkib.

Baş verənlərdən sonra Beala həmkarlarını zəhərləməyə cəhd etdiyi səbəbi ilə həbs edilib.

62 yaşlı qadın hakim qarşısına çıxarılarkən ona qarşı irəli sürülən ittihamları rədd edib. Digər tərəfdən, hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal