Kömək gözləyənləri yenə güllələdilər!backend

 İsrail qırğını dayanmır! Kömək gözləyənləri yenə güllələdilər!

İsrail ordusu Qəzzanın cənubunda Küveyt qovşağı yaxınlığında kömək gözləyən fələstinlilərə real güllələrlə hücum edib. İsrail dünyanın gözü qarşısında fələstinlilərə qarşı soyqırım cəhdini davam etdirir. Qəzza hökumətinin Media Ofisi İsrail ordusunun un və ərzaq yardımı almaq üçün Qəzza şəhərinin cənubundakı Səlahəddin küçəsindəki Küveyt qovşağına gələn fələstinli mülki vətəndaşlara həqiqi güllələrlə atəş açdığını açıqlayıb.

Açıqlamada qeyd olunub ki, İsrailin fələstinliləri hədəf alması aclığı daha da artırmaq, mühasirəni davam etdirmək və Qəzzada bu humanitar fəlakəti davam etdirmək istədiyinin göstəricisidir.

1000 YÜK MAŞININA YARDIM TƏLƏBİ

Bəyanatda Qəzza zolağında humanitar vəziyyətin pisləşməsinə və humanitar fəlakətin ağırlaşmasına görə ABŞ, İsrail və beynəlxalq ictimaiyyətin tamamilə məsuliyyət daşıdığı vurğulanıb və soyqırım müharibəsinin dayandırılması və bütün əyalətlərə 1000 yük maşını yardımın çatdırılması çağırışı edilib. Xüsusilə Qəzza zolağının şimalına. Bəyanatda İsrail ordusunun hücumu nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı məlumat yer almayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 430-u uşaq, 8 min 900-ü qadın olmaqla 30 min 534 fələstinli həlak olub, 71 min 920 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: Ntv.Tr

Aynur Camal