Nikol Paşinyan Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesindəki son vəziyyətdən danışıb.
Trend xəbər verir ki, “Nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam”,- deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri ölkəsinin regionda nəqliyyat kommunikasiyalarının açılması üçün hazır olduğunu bildirib:
“Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir”.