Kompüter oyununda qızın ardınca gedən oğlan həbs edildibackend

Yapon oyunçu Fantasy XIV oyununda bir qızı təqib etdiyinə görə həbs edilib.

“Yeni Gundem” xəbər verir ki,  bu barədə Yaponiyanın Kobe News nəşri yazıb.

Məlumatda bildirilib ki, 38 yaşlı Tokio sakini Təcavüzlə Mübarizə Qanununu pozmaqda şübhəli bilinərək polis tərəfindən həbs edilib. Müstəntiqlərin fikrincə, kişi onlayn olaraq Final Fantasy XIV oynadığı qadını təqib edirdi. Orada dəfələrlə söhbətdə ona məktub yazıb və görüşməyi təklif edib.

Qarşı tərəfin görüşü qəbul etməməsindən sonra isə hədə-qorxu ilə müraciətlər edib: “Mən görüşməyimizi istəyirəm” deyə mesajlarda yazıb.

Yapon qadın onu narahat etməməsi üçün kişini sosial şəbəkələrdə də bloklayıb.

Polisin sıxışdırmasından sonra şübhəli şəxs günahını – qıza qarşı “romantik hissləri” olmadığını etiraf edib. Bu da Yaponiyada işlərin təqib edilməsində mühüm amildir.

Mənbə: gazeta.ru

Aynur Camal