Kömür şirkətinə məxsus binada yanğın baş verdibackend

Çinin şimalındakı Şansi əyalətinin Lülianq şəhərində bir kömür mədən şirkətinə məxsus 4 mərtəbəli binada baş verən yanğında 26 nəfər ölüb, 38 nəfər yaralanıb.

“Yeni Gundem” xəbər verir ki, bölgəyə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar göndərilib. Xilasetmə işlərindən sonra 64 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 26-sı bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 38 nəfərin müalicəsi isə davam etdirilir.

Yanğının səbəbini müəyyən etmək üçün qrup yaradıldığı paylaşılıb. Lüliang yanğınsöndürmə bölməsi alovu təxminən 8 saatdan sonra söndürə bilib.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə Toplantısında iştirak etmək üçün ABŞ-da səfərdə olan Çin Xalq Respublikasının sədri Si Cinpin aidiyyatı qurumlara göstərişlər göndərərək, səlahiyyətlilərdən yaralıların müalicəsi və hadisənin səbəblərinin müəyyən edilməsi üçün hər cür səy göstərmələrini istəyib.

Həmçinin XiJinping vurğulayıb ki, bütün bölgələr və müvafiq bölmələr yanğından dərs almalı və əsas sənayelərdə potensial riskləri araşdırmaq, insanların həyatını və əmlak təhlükəsizliyini qorumaq üçün səy göstərmək böyük əhəmiyyət kəsb edir.

Mənbə: TGRT

Aynur Camal