Konstitusiya Məhkəməsindən Azərbaycan Ordusuna dəstək: 100 min manatbackend

Azərbaycan Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulub.

“Yeni Gündəm” xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparat əməkdaşlarının əmək haqlarından 100 min manat məbləğində Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilməsi barədə məhkəmə qərarı qəbul edilib.