Mədəniyyət və turizmi ilə dünyanın müxtəlif yerlərindən gələnturistləri qəbul edən Konya möhtəşəm mağaraları ilə dəzəvvarların diqqətini çəkir.
Konya-Antalya marşrutu üzərində yerləşən və 1968-ci ildəfransız alimi tərəfindən kəşf edilən 22 kilometr uzunluğundakıTınaztepe mağarası “təbiət möcüzəsi” olaraq adlandırılır.
Mağaranın sahəsi 1580 metr, döşəmə ilə tavan arasındakıhündürlük bəzi yerlərdə 65 metrə çatır. Mağaranın içərisindəkiqalereyalar ziyarətçilərə “vizual ziyafət” təqdim edir.
Mağaranı idarə edən şirkətin baş direktoru Bayram Çelmeli2004-cü ildən etibarən fəaliyyət göstərdiklərini bildirib.
Mağaranı öz imkanları ilə təchiz etdiklərini bildirən Çelmeli, “Mağaramızın sabit uzunluğu 22 kilometrdir, lakin gəzilə bilən, yəni təchiz olunmuş hissəsi 1580 metrdir. Mağara 1968-ci ildəFransız alimi Mixail Bakaloviç tərəfindən kəşf edilib və o dövrün alətlərindən istifadə edilməklə rəsmlər çəkilmişdir. Onudigər mağaralardan fərqləndirən cəhəti içərisində daha birmağara olmasıdır. Xüsusilə yaz aylarında yağış və qaryağıntılarından aşağıya doğru axan su bir mağara yaradır. Zamanla burada stalaktitlər və stalaqmitlərin əmələ gəlməsinəyol açır.”
Hər il minlərlə yerli və xarici zəvvar qəbul edən mağaranın yaşıilə bağlı məlumat verən Çelmeli qeyd edib: “Mağaranın yaşı 230 milyon il olaraq təyin olunub. Stalaktitlər və stalaqmitlərin hərsantimetrinin əmələ gəlməsi üçün 100 il lazımdır. Bu yollamağaranın yaşını təxmin edə bilərik.”
Çamlık mağaraları
Konyanın Derebucak sərhədləri daxilində yerləşən və 2022-ci ildə milli park elan edilən Çamlık Mağaralarının turizmmərkəzinə çevrilməsi üçün işıqlandırma və avadanlıq işləritamamlanıb. Mağaranın yerləşdiyi ərazidə torpağın sıldırımolması vəhşi heyvanlar üçün əlverişli yaşayış mühiti yaradır. G\zinti zamanı bölgədə qorunan çöl keçilərinə də rast gəlməkmümkündür.
Beyşehir Mədəniyyət və Turizm Dərnəyi Başçısı Mustafa Büyükkafalı ətrafda müxtəlif ölçülü 20-yə yaxın mağaraolduğunu bildirib
Balatini Mağarasının “Çamlık Mağaraları” adlandırılanmağaraların ən böyüyü olduğunu qeyd edən Büyükkafalı: “Mağaranın xüsusiyyəti ondan ibarətdir ki, 1 kilometrdən sonrainanılmaz gözəl mənzərə ilə qarşılaşacaqsınız. Digər mağaralaranisbətən fərqli formasiyalar görmək mümkündür. İrəlilədikcəinanılmaz gözəllikdə stalaktitlər və stalaqmitlər görəcəksiniz. Bundan əlavə, mağara su ilə doludur, dərhal “cadu qazanı” deyilən suya düşəcəksiniz. Buradan mümkün qədər tezçıxmalısınız və bunun üçün xüsusi avadanlıqlara ehtiyac var. Hazırda bu ərazi turizm məqsədləri üçün istifadə olunur”.
Suluin Mağarası eyni bölgədə, Çamlıkdan 500 metr cənub-qərbdə yerləşir.
Təxminən 25 metr uzunluğunda olan mağaranın girişi su ilə doluolduğu üçün yanlız qayıqla gəzinti mümkündür. Nəhəng daşbloklar arasında şəlalələr əmələ gətirən su mağaranın 150 metrdaxilində böyük bir gölə birləşir. Bu dərin göldə qayıqla gəzməkböyük bir həzzdir.