Avstraliyanın Cənubi Avstraliya əyalətində yeniyetmə köpəkbalığının hücumuna məruz qalaraq ölüb.
ABC News xəbər verir ki, ştat polisi York yarımadasındakı Ethel çimərliyi yaxınlığında bir nəfərin “ağır yaralandığı” barədə məlumat alıb.
Xəbərdarlıqdan sonra əraziyə gedən polislər cansız bədəni dənizdən çıxarılan gəncin köpək balığının hücumuna məruz qaldığını müəyyən ediblər.
Rayon sakinləri son vaxtlar okeanda çoxlu köpək balığı gördüklərini və bu vəziyyətdən narahat olduqlarını bildiriblər.
Ethel Beach turistlər və sörfçülər tərəfindən geniş şəkildə seçilən Dhilba Guuranda-Innes Milli Parkında yerləşir.
Mənbə: TrtHaber
Aynur Camal