Korona vaksinləri ürək xəstəliklərinə səbəb olurmu?backend

Alimlər mübahisəli məsələyə son qoydular!

Koronavirus epidemiyasının başlamasından 5 il ötür. Alimlər tərəfindən hazırlanmış koronavirus vaksinləri epidemiyanın başlanğıcında müşahidə olunan kütləvi ölümlərin qarşısını alıb. Bununla belə, bir çox insanlar hələ də peyvəndlərin təhlükəli olduğunu və xüsusilə ürək xəstəliklərinə səbəb olduğunu əsas gətirərək peyvənddən yayınırlar.

Bəs bu iddia nə dərəcədə doğrudur? İllər sonra alimlər bu araşdırmaya son qoydular. İlk dəfə Çinin Uhan şəhərində ortaya çıxan və oradan bütün dünyaya yayılan koronavirus (Covid-19) milyonlarla insanın həyatına son qoyub.

Dünya vaksinlərin köməyi ilə pandemiyaya qalib gəldi, ancaq pandemiyadan qalan peyvənd müzakirələri oldu.

Covid peyvəndlərinin ürək çatışmazlığı və virus səbəbiylə qan laxtalanması riski yaratdığı iddiası hələ də xüsusilə sosial mediada tez-tez dilə gətirilən bir nəzəriyyədir.

Bu iddianı araşdıran alimlər mübahisəyə son qoyublar.

İngiltərə, İspaniya və Estoniyada 20 milyondan çox insanın sağlamlıq qeydlərini təhlil edən alimlər araşdırmanın nəticələrini açıqlayıblar.

Sözügedən araşdırmaya görə, Covid peyvəndləri virusa görə ürək çatışmazlığı və qan laxtalanma riskini artırmır, əksinə, azaldır.

İngilis Guardian qəzetindəki xəbərə görə, elm adamları İngiltərə, İspaniya və Estoniyada 20 milyondan çox insanın sağlamlıq qeydlərini təhlil edərək, peyvəndlərin xəstəliyin ciddi ürək-damar fəsadlarından qoruduğuna dair ardıcıl sübutlar tapıblar.

Oxford-AstraZeneca, Pfizer və Moderna da daxil olmaqla, Covid peyvəndləri pandemiya zamanı ağır xəstəliklərin qarşısının alınmasında yüksək effektivliyini sübut etdi.

Covid-19-a qarşı hazırladıqları vaksinlə adından söz etdirən BioNTech-in həmtəsisçiləri Dr. Özlem Türeci və Prof. Dr. Uğur Şahin son zamanlar xərçəng peyvəndi üçün çox çalışır…

Son araşdırma, Covid peyvəndinin ümumi təsirini araşdırmaq məqsədi daşıyırdı, çünki virus infeksiyasının ürək çatışmazlığı və müxtəlif digər ciddi ürək-damar problemləri riskini əhəmiyyətli dərəcədə artırdığı bilinir.

Oksford Universitetinin farmakoloji və cihaz epidemiologiyası professoru Daniel Prieto-Alhambra, “Bu çox böyük araşdırmada göstərdiyimiz şey, peyvənd edilmiş insanların Coviddən sonra bu fəsadların inkişaf riskinin daha az olmasıdır” deyib.

Heart jurnalında yazan tədqiqatçılar, Oxford-AstraZeneca və Janssen tərəfindən istehsal edilən adenovirus əsaslı Covid peyvəndlərinin və Pfizer və Modernanın mRNA əsaslı peyvəndlərinin ilk dövrdə Covid ilə əlaqəli ürək çatışmazlığı və qan laxtalanmasına qarşı ən qoruyucu olduğuna diqqət çəkdilər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, peyvəndlərin qoruyucu təsirləri uzun müddət ərzində azalsa da, Covid peyvəndi alanlarda Covid ilə əlaqəli ürək çatışmazlığı və qan laxtalanma riski bir ilə qədər peyvənd olunmayanlara nisbətən daha az qalıb.

Covid peyvəndlərindən sonra ən çox görülən yan təsirlər yorğunluq, baş ağrısı, bədən ağrısı və qızdırmadır.

İnfeksiyadan 3-6 ay sonra peyvənd edilmiş insanlarda ürək çatışmazlığı riski peyvənd olunmamış insanlara nisbətən 39% aşağı olub.

Prieto-Alhambra, “Ümumi mesaj budur ki, peyvənd olunsanız, Coviddən sonra ürək-damar və tromboembolik ağırlaşma riskiniz olduqca kəskin şəkildə azalır” deyərək davam edib: “Xüsusilə yüksək risk altında olan və ya ürək-damar ağırlaşmalarından və ya qan laxtalanmasından qorxan insanlar arxayın ola bilərlər”.

Mənbə: hurriyyət.tr

Aynur Camal