İngiltərədə körpələrin ağızlarından əmzik oğurlayıb özü istifadə edən 23 yaşlı Coş Quilder həbs cəzasına məhkum edilib. İngiltərənin Esseks bölgəsindəki Harlou şəhərində ən azı 5 dəfə bu oğurluğu baş verib.
Körpələrin əmziklərinin oğurlanması barədə məlumat ötən ilin fevral-avqust ayları arasında daxil olub.
Yaxalanan evsiz gənc əmzikləri oğurladığını, daha sonra isə qaldığı çadırda istifadə etdiyini etiraf edib. İclasda vəkili də Quilderin çadırda yaşadığını və heç vaxt əmziklərindən ayrılmadığını bildirib. Vəkil hətta bildirib ki, Quilder hələ də özünü sakitləşdirmək üçün əmzikdən istifadə edir. Coş Quilderin oğurluqlarının sırf mənfəət məqsədi daşıdığı bildirilib.
Essex polisi bildirib ki, Quilder beş oğurluq, üç ümumi hücum və ictimai qayda pozuntularına görə əvvəllər məhkum olunub. Quilder 14 ay müddətinə azadlıqdan məhrum edilib.
Harlou bölgə komandirinin baş müfəttişi Paul Austin mövzu ilə bağlı bunları söylədi: “Mən bilirəm ki, bu hadisələr cəmiyyətimizdə narahatlıq yaradıb və mən şadam ki, məsul şəxsi müəyyənləşdirib onu məsuliyyətə cəlb edə bildik.”
Mənbə: TGRT
Aynur Camal