Kostomarov səs köməkçisi olan avtomobil alıbbackend

Əzalarını amputasiya etmək üçün bir neçə əməliyyat keçirən buz rəqsi üzrə olimpiya çempionu Roman Kostomarov toxunma düymələri və səsli köməkçi ilə təchiz olunmuş yeni avtomobil alıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

“Romanla mən eyni gündə maşın aldıq. O, həyat yoldaşı Oksana ilə birlikdə olub. Mən ağ Exeed RX aldım. O, təzəcə çıxdı. Hələlik arvadı maşın sürəcək, amma ümidini itirmir ki, nə vaxtsa yenidən sükan arxasına keçə bilsin”, – avtosalonun müştərilərindən biri bildirib.

2023-cü il yanvarın əvvəlində Roman Kostomarov açıq hava şousunda Yeni il çıxışlarından sonra xəstəxanaya yerləşdirildi. Onun pnevmoniya diaqnozu ilə reanimasiyada olduğu və süni nəfəs aparatında olduğu, vəziyyətinin son dərəcə ağır olduğu bildirilib.

Daha sonra idmançı Kommunarkadakı xəstəxanaya aparılıb, reanimasiya edilib və ekstrakorporeal membran oksigenləşdirmə (ECMO) aparatına qoşulub. Müalicə zamanı Kostomarov həm ayaqları, həm də əlləri amputasiya olunub. İyulun 6-da həkimlər skateri xəstəxanadan çıxarıblar.

Bundan əvvəl Kostomarov azarkeşlərə müraciət edib.