İngiltərə kralı Çarlzın əmisi oğlu Ledi Qabriella Kinqstonun əri Tomas Kinqston evində ölü tapılıb. Onun ölümü ilə bağlı heç bir şübhəli hal olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bukingem Sarayı kral Çarlzın əmisi oğlu Kent şahzadəsi Mayklın kürəkəni Tomas Kinqstonun vəfat etdiyini açıqlayıb. 45 yaşlı Kinqston bazar günü axşam Kotsvoldsdakı evində ölü tapılıb. Qısa müddətdən sonra hadisə yerinə təcili yardım çağırılıb.
Ölümün səbəbini müəyyən etmək üçün istintaq başladılıb, lakin heç bir şübhəli hal və digər tərəfin iştirakına dair heç bir dəlil olmayıb.
Xanım Qabriella qardaşı qızı İzabella Vindsordan sonra Britaniya taxt-tacı üçün 56-cı sıradadır. Lady Gabriella, cənab Martin və Miss Jill Kingston, Miss Joanna Connolly və Miss Emma Murray adından edilən bəyanatda deyilir:
“Sevimli ərimiz, oğlumuz və qardaşımız Tomas Kinqstonun vəfatını dərin hüznlə elan edirik. Tom onu tanıyan hər kəsin həyatını işıqlandıran qeyri-adi bir insan idi. Onun ölümü bütün ailə üçün böyük şok oldu və onun vəfatı ilə bağlı yas tutduqca şəxsi həyatımıza hörmət etməyinizi xahiş edirik.
Mənbə: TGRT
Aynur Camal