Kral III.Çarlz prostatın müalicəsi üçün xəstəxanadadırbackend

İngiltərə kralı III. Çarlz prostat vəzinin böyüməsi səbəbindən Londondakı özəl xəstəxanaya müraciət edib. Kral Çarlzın oğlu və taxtın varisi Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keyt yanvarın 16-da eyni xəstəxanada qarın nahiyəsindən əməliyyat olunub.

Bukingem Sarayından edilən şərhdə, 75 yaşlı İngiltərə kralı III. Çarlzın Clarence House sarayından ayrılaraq prostat böyüməsi səbəbiylə müalicə üçün xəstəxanaya getdiyi açıqlanıb. “Əlahəzrət son bir həftə ərzində ona xoş arzularını göndərənlərə təşəkkür etmək istər və onun xəstəliyinin ictimai sağlamlıq məlumatlılığını artırdığını öyrənməkdən məmnundur”, – bəyanatda deyilir.

Yanvarın 17-də Bukingem Sarayından verilən açıqlamada əvvəlcə şahzadə Keytin əməliyyat olunduğu və 2 həftə xəstəxanada qalacağı, daha sonra isə xərçəng müalicəsinin olmadığı bildirilmişdi. Şahzadə Keytin cərrahiyyə əməliyyatı xəbərindən qısa müddət sonra kral Çarlzın prostat böyüməsinin müalicəsi üçün “düzəliş proseduru”ndan keçəcəyi bildirilib.

Kral III. Çarlz 8 sentyabr 2022-ci ildə anası Kraliça II Yelizaveta ilə evlənib. O, Elizabetin ölümündən sonra taxta çıxmışdı.

Mənbə: hurriyyət.tr

Aynur Camal