İngiltərə kralı III Çarlz prostat vəzinin böyüməsi səbəbindən müalicə aldığı xəstəxanadan buraxılıb.
Bukingem sarayından verilən yazılı açıqlamada Kralın sağalma dövrü ilə əlaqədar gələcək ictimai vəzifələrini təxirə saldığı, tibb heyətinə və xəstəxanaya səfərinə dəstək olanlara təşəkkür etdiyi və son günlərdə aldığı bütün mesajlara görə minnətdar olduğu bildirilib.
Yanvarın 26-da Bukingem Sarayından verilən açıqlamada Kral III Çarlzın yerli vaxtla saat 08.30-da Clarence House sarayını tərk edərək xəstəxanaya getdiyi açıqlanmışdı.
“Əlahəzrət son bir həftə ərzində ona xoş arzular göndərənlərə təşəkkür etmək istər və onun xəstəliyinin ictimai sağlamlıq məlumatlılığını artırdığını öyrənməkdən məmnundur” deyib.
Kral Çarlzın həyat yoldaşı Kraliça Kamilla ilə The London Clinic adlı özəl xəstəxanaya getdiyi də mətbuata əks olunan görüntülərdə yer alıb. Noyabrda 75 yaşı tamam olan Kral Çarlzın sağlamlıq durumu ilə bağlı daha əvvəl Bukingem Sarayının verdiyi açıqlamada kralın xoşxassəli prostat hiperplaziyasının müalicəsi üçün düzəldici prosedurdan keçəcəyi bildirilmişdi.
Mənbə: TrtHaber
Aynur Camal