Krala daha başqa bir diaqnoz da qoyuldubackend

Kral III Çarlz prostat böyüməsi səbəbiylə xəstəxanada müalicə olunarkən həkimlər ayrı bir problem aşkar ediblər. Belə ki, verilən məlumata görə ona xərçəng növü diaqnozu qoyulub.⁣

Bukingem Sarayı bu növü təsdiqləməyib, lakin bunun prostat xərçəngi olmadığını bildirib.

“Əlahəzrət prostat vəzinin xoşxassəli böyüməsindən müalicə olunub. Məhz bu müdaxilə zamanı ayrıca narahatlıq doğuran bir məsələ qeyd edildi və sonradan xərçəngin bir forması kimi diaqnoz qoyuldu”, – məlumatda deyilir.

Mənbə: Bloomberg

Aynur Camal