Kreml Almaniya və Fransanın Ukrayna məsələsində vasitəçi olmasının mümkünsüzlüyünü açıqlayıbbackend

Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin həllində vasitəçilik imkanlarını itiriblər.

“Yeni Gundem” xəbər verir ki, bu fikri “İzvestiya” qəzetinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Onlar yəqin ki, bu fürsəti praktiki olaraq itiriblər, çünki bütün bu hekayədə suverenliklərini itiriblər”, – Kreml nümayəndəsi əlavə edib.

Peskovun sözlərinə görə, Şolz və Makron ABŞ-da qəbul edilən qərarlara, hətta özlərinin və öz ölkələrinin vətəndaşlarının zərərinə olsa belə, dəqiq əməl etməyə üstünlük verirlər.

Avqustun sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Fransa Avropada baş verən hadisələr fonunda özünü xatırlatmaq üçün münaqişənin həllində Rusiya və Ukrayna arasında vasitəçi olmağa çalışır.

İyunun sonunda Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə zəng etmək üçün heç bir səbəb olmadığını, lakin Rusiya liderinin özünə zəng edəcəyi təqdirdə telefona cavab verəcəyini bildirib.

Bundan əvvəl ABŞ və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlayıb.