Kreml Azərbaycan və Ermənistana çağırış etdibackend

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bakı və İrəvan arasında aparılan danışıqlarla bağlı suallara cavab verib.

“Yeni Gundem” TASS-a istinadən xəbər verir ki, Zaxarova bildirib ki, Moskva düşmənçilik ritorikasının artması və Qarabağda insidentlərin artması, tərəflərin güzəştə getmək istəməməsindən narahatdır.

“Rusiya tərəfi dinc danışıqlara alternativin olmamasından çıxış edir və tərəfləri bəyanatlarda və hərəkətlərdə təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolu üzrə danışıqları bərpa etməyə çağırır. Ermənistan-Azərbaycan normallaşması prosesində Qərb və Aİ meydana çıxan kimi genişmiqyaslı problemlər ortaya çıxdı. Sülh və kömək etmək istəyi ilə bağlı bütün sözlərin arxasında biz bunun əksini görürük” -deyə o qeyd edib.

Fərahim Rəhimov