Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Sülh Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki gələcək vəziyyəti Bakı administrasiyası ilə müzakirə olunacaq.
“Yeni Gundem”xəbər verir ki, Peskov jurnalistlərin Qarabağdakı Rusiya Sülh Qüvvələrinin gələcəyi ilə bağlı sualını cavablandırarkən Rusiya əsgərlərinin faktiki və qanuni olaraq Azərbaycan ərazisində olduğuna diqqət çəkib.
“Onların sonrakı qalma rejiminə və bununla bağlı bütün üsullara gəlincə, bu, əlbəttə ki, Azərbaycan tərəfi ilə müzakirə olunacaq”, – Peskov bildirib.
Həmçinin Rusiyanın Ermənistanla təmaslarını davam etdirəcəyini qeyd edən Peskov qeyd edib ki, Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında son telefon danışığında Rusiya qüvvələrinin yerinin dəyişdirilməsi ilə bağlı heç bir müzakirə aparılmayıb.
-Peskov jurnalistlərə “HƏMAS-ı bəzi ölkələr kimi terror təşkilatı kimi tanıyacaqsınızmı?”
-“Biz münaqişə tərəfləri ilə əlaqəmizi davam etdiririk. Həm orada, həm də başqa yerlərdə Rusiya vətəndaşları var. Bizim üçün Rusiya vətəndaşlarının taleyi bizim bir nömrəli prioritetimizdir. Rusiya vəziyyəti diqqətlə təhlil edir. Rusiya həll prosesində iştirak etmək potensialına malik ölkə kimi mövqeyini qoruyur” -deyə cavab verib.
“Rusiyanın real həllində rolu barədə danışmaq hələ tezdir, çünki münaqişə qaynar müharibə mərhələsindədir. Vəziyyət həyəcanverici, potensial olaraq çox təhlükəlidir, o cümlədən humanitar nəticələrə malikdir. Biz terror hücumlarını dayandırmalıyıq. Qeyri-mütənasib güc istifadəsinə son qoyulmalıdır” – Peskov Rusiyanın İsrail-Fələstin məsələsində oynadığı rolla bağlı deyib.
Mənbə: TrtHaber
Aynur Camal