“Moskva Rusiya lideri Vladimir Putinlə Fələstinin Həmas qruplaşması arasında paralellər aparmağa çalışan ABŞ prezidenti Co Baydenin sözlərini qəbuledilməz hesab edir”.
“Yeni Gundem” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Çətin ki, bu cür ritorika məsuliyyətli dövlət rəhbərləri üçün uyğun olsun. Çətin ki, belə ritorika bizim üçün məqbul olsun. Biz Rusiya Federasiyasına, prezidentimizə qarşı belə bir tonu qəbul etmirik”.
Peskovun fikrincə, “Putin mövzusu” Amerika isteblişmentinin ritorikasında daimi olub və ABŞ-ın siyasi həyatının ayrılmaz hissəsidir. O, əlavə edib ki, Bayden Rusiyaya təzyiq göstərməyə davam etmək niyyətində olduğunu bildirib, lakin bütün bu səylərin indiyədək səmərəsiz olması barədə heç nə deməyib.
Kreml nümayəndəsi əmindir: “Onlar gələcəkdə də təsirsiz qalacaqlar”.
Xatırladaq ki, oktyabrın 19-da Bayden xalqa televiziya ilə müraciət edib və burada Ukraynadakı vəziyyət və Fələstin-İsrail münaqişəsi haqqında danışıb. “İsrail və Ukrayna da daxil olmaqla kritik tərəfdaşlarımızı dəstəkləmək nəsillər üçün dividendlər ödəyəcək ağıllı bir sərmayədir” deyib və “Amerikanın milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün” oktyabrın 20-də ABŞ Konqresinə müraciət etməyi planlaşdırdığını qeyd edib.
Mənbə: mail.ru
Aynur Camal