Rusiyanın ilhaq etdiyi Krımın Simferopol şəhərində dəmir yolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb.
“Yeni Gundem” “Report”a xəbər verir ki, məlumatı “Mash” yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 8.20-də Simferopolun Baxçasaray rayonunda baş verib. İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra onu ilhaq və öz ərazisi elan edib.