Kubadan ABŞ-a etiraz notasıbackend

Kuba ABŞ-ın Havanadakı səfirliyinə etiraz notası göndərərək, ölkədə ərzaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən keçirilən nümayişlərlə bağlı hökuməti tənqid edib.

Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın Havanadakı səfirliyinin müvəqqəti işlər vəkili Benjamin Ziffə “müdaxiləçi şərhlərinə” görə etiraz notası göndərildiyini açıqlayıb.

Kuba Xarici İşlər Nazirinin müavini Karlos Fernandez de Kossio Associated Pressə (AP) verdiyi açıqlamada ABŞ-ın şərhlərini “Kubanın daxili işlərinə açıq-aşkar müdaxilə və hörmətsizlik” adlandırıb.

ABŞ-ın Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edən Kossio, nümayişlərə səbəb olan problemlərdən də ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Etirazçılar martın 17-də Santyaqo-de-Kubanın şərq əyalətində qida çatışmazlığı və 8 saatdan çox elektrik kəsilməsi səbəbindən nümayiş keçiriblər. ABŞ-ın Havanadakı səfirliyi ölkənin digər ştatlarında da nümayişlərin keçirildiyini açıqlayıb.

ABŞ-ın Havanadakı səfirliyinin Facebook hesabından nümayişlərlə bağlı edilən şərhdə, “Kuba hökumətini etirazçıların insan haqlarına hörmət etməyə və Kuba xalqının qanuni ehtiyaclarını qarşılamağa çağırırıq” ifadəsi işlədib.

Mənbə: Haber Global

Aynur Camal