“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldübackend

“Kurtlar Vadisi Pusu”da oynadığı Ordinaryüs obrazı ilə tanınan Turhan Kaya dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, 69 yaşlı aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Həkim nəzarətinə alınan Kaya bir müddət sonra reanimasiyaya yerləşdirilib.

Müalicələrə baxmayaraq həkimlər aktyoru xilas edə bilməyiblər. Oğlu Theo Kaya atasının koronavirus infeksiyasına yoluxduğunu və buna görə dünyasını dəyişdiyini açıqlayıb.

Kayanın anası, bacısı və digər ailə üzvləri də həkim nəzarətinə götürülüb. Analizlərdən sonra onlarda infeksiya olmadığı bildirilib.