Kütləvi at ölümləri meydana gəldi!backend

Kəndlilərlə dövlət üz-üzə gəlib. Qazaxıstanda epidemiyanın yayılması səbəbindən kütləvi at ölümləri baş verib. Heyvan sağlamlığı mütəxəssisləri baş verənləri izah etməkdə çətinlik çəkirlər.

Qazaxıstanın daxili bölgələrində yayılan epidemiya səbəbindən kütləvi at ölümləri baş verməyə başlayıb. Ölkədə ölüm hallarına görə getdikcə populyarlaşan at ətinin tədarükündə problemlər yaşansa da, heyvan sağlamlığı mütəxəssisləri baş verənləri izah etməkdə çətinlik çəkirlər.

Bildirilib ki, ilk dəfə “Patriot of Karaganda” İnstaqram hesabından yayılan kütləvi at ölümləri daha çox Karaqanda bölgəsində cəmlənib. Bildirilib ki, xəstəliklə əlaqədar ilk olaraq atların ayaqlarında iltihab yaranıb, daha sonra bu infeksiya bütün bədənə yayılıb.

Sosial şəbəkələrdə xəstə atların ayaq üstə dayana bilmədiyini və ayaqlarında böyük yaraların olduğunu göstərən görüntülər paylaşılıb.

Tortkol kənd sakinləri limfa damarlarında iltihab nəticəsində yaranan limfangit adlı xəstəlikdən şübhələndiklərini və bu xəstəliyin daha əvvəl qonşu Umutker bölgəsində yayıldığını bildiriblər.

Heyvanlar üzərində testlər aparan dövlət rəsmiləri limfanjit iddialarını təkzib ediblər. Bölgədəki kənd sakinləri iddia edirdilər ki, dövlət məmurları təzminat ödəməmək üçün limfanjit diaqnozundan yayınırlar.

Yerli sakinlər qeyd ediblər ki, dövlət əvvəllər yaxınlıqdakı kəndlərdə limfangit xəstəliyindən atlarını itirən insanlara ödənişlər edib.

Bir məmur ictimaiyyəti diaqnoz qoyarkən diqqətli olmağa çağırsa da, “Törtkoldakı atla Umutkerdəki eyni yer otarılsa necə? Bu diaqnoz qoymaq üçün kifayət deyil” deyib.

Ötən il Qazaxıstanda atların sayı 5 faiz artaraq 4 milyona çatıb. Digər tərəfdən, ölkədə at ətinin istehlakı artmaqdadır. 2023-cü ildə ölkədə kəsilən atların sayı əvvəlki ilə nisbətən 7 faiz artıb.

Mənbə: TGRT

Aynur Camal