Laçın dəhlizi bağlandı? –  FOTO/VİDEObackend

Azərbaycan tərəfi Xankəndiyə gedən yolu bağlamayıb.

Bununla bağlı Oxu.Az-a etibarlı mənbələrdən məlumat verilib.

Bildirilib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Xankəndi ilə Şuşa arasındakı ərazidə Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə gediblər. Ancaq bu səfərin həmin yolun bağlanması ilə əlaqəsi yoxdur. Azərbaycan tərəfi yolu bağlamaq istəsəydi, orada mülki geyimli şəxslər yox, hərbçilər olardı.

Mənbə bildirib ki, yolu Azərbaycanın Qarabağ bölgəsində müvaqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bağlayıblar.