Lada-nın satışları kəskin artıbbackend

2024-cü ilin ilk ayında Rusiyada Lada avtomobillərinin satışı kəskin artıb – illik ifadədə 19,3 faiz. İnterfaks bu barədə AvtoVAZ-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, yanvarda ümumilikdə 20 835 avtomobil satılıb. Şirkətin satış və marketinq üzrə vitse-prezidenti Dmitri Kostromin qeyd edib ki, ilin uğurlu başlanğıcı müəyyən nikbinlik yaradır, çünki yanvar uzun tətillər səbəbindən aşağı satış ayı hesab olunur. Buna baxmayaraq, Lada-nın satışları 2023 və 2022-ci illərlə müqayisədə artıb”, – o əlavə edib.

“2024-cü il ərzində biz Lada-nın Rusiya bazarında inamlı liderliyini qorumaq üçün bir sıra tədbirlər görməyə davam edəcəyik”, o, yekunlaşdırıb. Keçən illə müqayisədə ən nəzərəçarpacaq artımı Lada Vesta ailəsinin modelləri göstərib – satışlar 16 dəfə artaraq 4787 ədədə çatıb. Niva Legend və Travel avtomobillərinin satışları dörddə bir (6221 avtomobil) artıb, Lada Granta üçün isə bu rəqəm illik orta göstəriciyə (9667 ədəd) uyğun olub.

Əvvəllər məlum olub ki, AvtoVAZ yeni Lada Aura modelinin konfiqurasiyasını sadələşdirməyə qərar verib. Taksilərdə istifadə üçün biznes sinif sedanının xüsusi versiyası yaradılacaq – brendin yeni məhsulunun buraxılışı 2024-cü ilin sentyabrına planlaşdırılır. Zavodun nümayəndələri hələlik modelin texniki təchizatı ilə bağlı təfərrüatları açıqlamayıblar.

Mənbə: Lenta.Ru

Aynur Camal