İtaliyanın baş naziri Giorgia Melonidən sonra Latviyanın xarici işlər naziri Krisjanis Karins də zarafat mövzusu olub.
“Yeni Gundem” xəbər verir ki, nazir Karinsin zarafat olduğunu anlamadığı telefon danışığında Ukrayna ilə bağlı dedikləri lentə alınıb.
Lexus və Vovan ləqəbli rusiyalı komediya ustaları Aleksandr Stolyarov və Vladimir Kuznetsov zarafatyana zəngləri ilə məşhurlaşaraq İtaliyanın baş naziri Giorgia Melonidən sonra Latviyanın xarici işlər naziri Krisjanis Karinsi hədəfə alıblar. Özlərini afrikalı siyasətçi kimi təqdim edən komediya aktyorları Ukrayna-Rusiya müharibəsi mövzusunu gündəmə gətirdiyi an nazir Karinsin etirafı telefon danışığında iz buraxıb.
Karins çıxışı zamanı “Bu müharibənin tez bitməyəcəyini anlayırıq. Bu, hamımıza baha başa gələcək, çünki biz ukraynalılara həmişə kömək edirik. Bu, son nəticədə Ukraynaya yardıma pul xərcləmək deməkdir. “Biz də bundan məmnun deyilik, lakin başqa variant da görə bilmirik”.
Rusiyaya tətbiq edilən embarqonun yalnız bütün AB ölkələrinin eyni vaxtda həyata keçirməsi ilə məna kəsb edəcəyini deyən Karins, əks halda ticarətin Finlandiya, Litva və Estoniya kimi ölkələr vasitəsilə davam edəcəyini qeyd edib.
Karins daha əvvəl elan etmişdi ki, Latviya ÜDM-nin 1,3 faizindən çoxunu Ukraynaya yardım kimi göndərib, 1 faizdən çoxu isə Kiyevin müdafiə ehtiyaclarına yönəlib. Latviya ordusunun inventarında olan Stinger tipli raket əleyhinə komplekslərin hamısını Kiyevə verib.
Mənbə: TGRT NEWS
Aynur Camal