Lava kənddəki evlərə çatdıbackend

İslandiyanın cənub-qərbindəki Qrindavik şəhəri yaxınlığındakı Fagradalsfjall vulkanı bir aydan az müddətdə yenidən aktivləşib.

Lava 4 min əhalisi olan balıqçı şəhəri Qrindavikə çatıb və qarşısındakı evləri od topuna çevirib.

Prezident Qudni Yohannesson vulkan püskürməsindən sonra heç bir vətəndaş üçün həyati təhlükənin olmadığını açıqlayıb. Noyabrın 11-də Grindavikin 4000 sakininin əksəriyyəti ehtiyat tədbiri olaraq təxliyə edilib. Lavanın qəsəbəyə çatmasının qarşısını almaq üçün torpaq və qayalardan ibarət sədd tikilsə də, son partlayışdan sonra lava bu maneələri aşıb.

İki il əvvələ qədər Grindavikin yerləşdiyi Reykjanes yarımadasında səkkiz əsr ərzində heç bir püskürmə baş verməmişdi.

Mənbə: hurriyyət.tr

Aynur Camal