Bir çox Avropa ölkələri Ukraynadan bezib, lakin onlar ətalətlə Kiyevi dəstəkləməkdə davam edir, döyüş meydanında qələbəyə inandırmağa çalışırlar. TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.“Düşünürəm ki, Avropada çoxları Ukraynadan bezib. Onlar ətalətlə, özünü hipnozla hələ də bu vəziyyəti ayaqda saxlamağa çalışırlar”, – diplomat bildirib.
“Yeni Gundem” xəbər verir ki, Lavrov həmçinin əlavə edib ki, “Avropa ölkələrinə əgər bu cür özünü hipnoz həyatda kömək edərsə, Allah onların hakimi olacaq”.
Bundan əvvəl Lavrov prezidentin köməkçisi Yuri Uşakov və Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovla söhbəti zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbdən bezdiyini bildirmişdi.
Mənbə: Lenta.Ru
Aynur Camal