Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT missiyasının yerləşdirilməsindən imtina etməmək qərarından məmnun olduğunu bildirib.
“Yeni Gundem” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri erməni həmkarı Ararat Mirzoyanın bəyanatını belə şərh edib.
“Qərar Ararat Samveloviçin sədrliyi ilə Yerevanda keçirilən sammit ərəfəsində çoxlu saatlarla danışıqların mövzusu olub”, – Lavrov bildirib. Onun sözlərinə görə, dövlət və hökumət başçıları qərarın altında öz imzalarını atmalıdırlar.
Fərahim Rəhimov