Lavrov: “NATO SSRİ dağılandan sonra sırf sahibsiz əraziləri mənimsəmək üçün saxlanılırbackend

Şimal Atlantika Alyansı SSRİ və Varşava Müqaviləsi Təşkilatı dağılandan sonra sırf sahibsiz əraziləri mənimsəmək üçün saxlanılan geosiyasi layihədir.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.

“NATO hazırda Varşava Müqaviləsi Təşkilatının yoxa çıxmasından və Sovet İttifaqının dağılmasından sonra sırf sahibsiz qalan əraziləri mənimsəmək üçün geosiyasi layihədir. Onlar bununla məşğuldurlar”, – Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov Rusiya-NATO Şurasının iclasında Rusiyadan yüksək vəzifəli hərbçilərin iştirak edəcəyini qeyd edib: “Moskva NATO-dan da bunu gözləyir”.