Lavrov: “Ukrayna ilə bağlı qərarları Zelenski yox, Vaşinqton qəbul edir”backend

“ABŞ-da Ukrayna ilə bağlı qərarlar ölkə prezidenti səviyyəsində deyil, Dövlət Departamentində qəbul edilir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Prezident Zelenskinin nəyə ümid etdiyini təxmin etməyəcəyəm – onun nə düşündüyü, nəyə ümid etdiyi qətiyyən vacib deyil. O, qərarlar qəbul etmir. Qərarlar Vaşinqtonda qəbul edilir, özü də bu qərarlar heç prezident səviyyəsində də qəbul edilmir. Qərarları Dövlət Departamentində, yəqin ki, prezident administrasiyasında məşhur məmurlar qəbul edirlər”, – Lavrov vurğulayıb.

APA