“Lavrovun Bakıda verdiyi mesajlar Ermənistana xəbərdarlıq kimi qiymətləndirilməlidir” – Politoloqbackend

Keçən il Ermənistan tərəfinin danışıqlar prosesində Fransanın da iştirakını tələb etməsi ilə dalana dirənmiş müzakirələr son bir aydır ki, yenidən canlandırılıb. Münxen Konfransı Təşkilatının iclasında ABŞ Dövlət katibi Blinkeninvasitəçiliyui ilə keçirilən üçtərəfli görüş, daha sonra Rusiyanın yenidən aktiv şəkildə danışıqlara qoşulması, yaxın günlərdə Avropa İttifaqı vasitəçiliyi ilə keçirilməsi gözlənilən görüş onu deməyə əsas verir ki, Azərbaycan-Ermənistan münasibətləri və Qaravə Qərb artıq Paşinyandan hakimiyyətə gəldiyi zaman üzərinə götürdüyü öhdəlikləri icra etməyi və Rusiya ilə müttəfiqliyə son qoymağı tələb edirlər

Bu sözləri “Yeni Gundemə açıqlamasında Politoloq Rəşad Bayramov açıqlayıb.

Onun fikrincə,ABŞ və Qərb  Paşinyandan hakimiyyətə gəldiyi zaman üzərinə götürdüyü öhdəlikləri icra etməyi və Rusiya ilə müttəfiqliyə son qoymağı tələb edirlər.

“Uzun müddətdir ki, ikili siyasət apararaq həm Rusiya həm də Qərbin maraqlarını təmin etməyə çalışan Paşinyanhakimiyyətinin qarşısında konkret öhdəliklər qoyulub. ABŞ və Qərb artıq Paşinyandan hakimiyyətə gəldiyi zaman üzərinə götürdüyü öhdəlikləri icra etməyi və Rusiya ilə müttəfiqliyə son qoymağı tələb edirlər. Qərb dairələrinin hədəfi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq olduğundan və Rusiyanın da regionda yeganə hərbi bazasının məhz Ermənistanda yerləşməsi səbəbindən Paşinyandan bu istiqamətdə konkret addımlar atmaq tələb olunur”,-o dedi.

Siyasi şərhçi hesab edir ki,Nikol Paşinyan nə qədər də özünü Qərbpərəst kimi göstərməyə çalışsa da, ölkənin son 30 il ərzində qəlibləşmiş xarici siyasətini və təhlükəsizlik anlayışını dəyişməyə gücü yetmir.

“Paşinyan da buna müvafiq olaraq zaman-zaman müvafiq bəyantlarla çıxış edir. Onun, KTMT Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmir deyə bu qurumda qalmağın mənasız olması və ya Avrasiya İqtisadi Birliyindən çıxamaqlabağlı səsləndirdiyi bəyanatlar da məhz elə Avropadan gələn tələblərlə bağlıdır. Eyni şəkildə Rusiyanın etirazlarına baxmayaraq Avropa İttifaqı müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi də Paşinyan hakimiyyətinin üzərinə götürdüyü öhdəlikləri tədricən də olsa icra etmək istəməsinin göstəricisi sayıla bilər. Başqa sözlə desək Ermənistanın Avropa Birliyi və ABŞ-la  münasibətlərini inkişaf etdirməyə cəhdlər etdiyini görürük. Ancaq bunu da qəbul etməliyik ki, müstəqilliyini elan edəndən sonra Rusiya həmin ölkənin təhlükəsizliyinin təminatında əvəzedilməz rol oynayır. Nikol Paşinyan nə qədər də özünü Qərbpərəst kimi göstərməyə çalışsa da, ölkənin son 30 il ərzində qəlibləşmişxarici siyasətini və təhlükəsizlik anlayışını dəyişməyə gücü yetmir. Paşinyan gözəl bilir ki, proses olduqca çətindir. Hətta bu istiqamətdə edilə biləcək ciddi manevr onun hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Ona görə də Paşinyan bu istiqamətdə addımları Rusiya ilə münasibətlərə birdəfəlik nöqtə qoymamaq şərtinə uyğun olaraq, ehtiyatla həyata keçirir”,-o vurğuladı.

Politoloq Rəşad Bayramov bildirdi ki,Qarabağ ermənilərinin Azərbaycan təmsilçiləri ilə görüşə başlaması müsbət məqamdır.

“Təbii ki, bütün baş verənləri Rusiya tərəfi də kifayət qədər yaxşı görür və buna müvafiq də bəyanatlar səsləndirir. Əslində Rusiyanın narahatçılığı da başa düşüləndir. Çünki Rusiya ilə Ermənistan arasında ikitərəfli müqaviləyə əsasən bu ölkənin sərhədləri Rusiya tərəfindən qorunur. İndi həmin əraziyə Avropa İttifaqı missiyasının uzun müddətə cəlb olunması təbii ki, Rusiyanın maraqlarına cavab vermir. Xüsusilə onu da nəzərə almaq lazımdır ki, bu missiya özündən əvvəlkindən fərqli olaraq artıq mülki missiya deyil, daha çox yarım hərbi bir missiyadır. Missiyanın tərkibində Fransa Müdafiə Nazirliyinə tabe olan jandarm qüvvələrinin, eləcə də Almaniya polis qüvvələrinin olması da bu faktı təsdiqləyir.Rusiya yaxşı başa düşür ki, həmin missiyanın orada yerləşdirilməsi gələcək perspektivdə Rusiyanın xidmətlərindən imtinaya, hərbi bazanın Ermənistan ərazisindən çıxarılmasına və ən nəhayət, Rusiya sülhməramlı missiyasından imtinaya gətirib çıxara bilər. Missiyanın sərhəddə yerləşməsi təbii olaraq bizim də maraqlarımıza cavab vermir. Birincisi ona görə ki, Azərbaycanla-Ermənistan arasında olan sərhədlərdə hələ də delimitasiya və demorkasiya prossesi aparılmayıb və sərhədlər şərti sərhədlərdir. Belə olan halda adı çəkilən missiyanın hansı sərhəddə monitorinq aparaması sual doğurur. İkinci bir tərəfdən Azərbaycan olaraq yaxşı başa düşürük ki, həmin missiya məhz Ermənistanın maraqlarını müdafiə etmək üçün ordadır. Başqa sözlə desək, Avropa İttifaqının müşahidə missiyasını bölgəyə gətirən Ermənistan sərhəddə təxribatlara əl atmaqla Azərbaycanı hərbi əməliyyatlara başlamağa da sövq edə bilər. Bununla da Ermənistanın təhlükəsizliyi ilə bağlı hay-küy salaraq bölgədə yerləşdiriləcək müşahidə missiyasını gələcəkdə tam hərbi missiya ilə əvəz etmək üçün imkanlar əldə etmək istəyir. Odur ki, Azərbaycan da buna müvafiq olaraq addımlar atır. Kənar oyunçuların prossesəmüdaxiləsini minimuma endirmək üçün Qarabağ müzakirələrini Azərbaycan-Ermənistan münasibətləri kontekstindən çıxarmaq lazım idi və buna da nail olundu. Qarabağın erməni icması ilə danışıqların Azərbaycanın daxili işi olduğunu önə çəkərək mühüm bir adım atdı. Rusiyanın “Vardanyan layihəsini” süquta uğratmaqla hər hansı bir ölkədən ixrac olunan şəslərlə deyil, Azərbaycanın öz vətəndaşları ilə görüşlərin mümkünlüyünü həm Rusiyaya, həm də uzun müddət idi ki, Qarabağdakı erməni icması ilə birbaşa danışıqlar aparılmasının vacibliyini önə çəkən Qərb dairələrinə qəbul etdirə bildi. Təbii ki, keçirilən görüş Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni icması arasında ilk təmas deyil. Bundan bir müddət əvvəl də belə bir görüş olub, Ancaq bu görüş ilk rəsmi təmas olması baxımından fərqlənir. Bu kimi təmaslar Azərbaycanın maraqlarına cavab verir. Çünki artıq Qarabağdakı erməni icmasının adından Ermənistan deyil, birbaşa erməni əsilli Azərbaycan vətəndaşları çıxış edirlər. Azərbaycan vətəndaşları ilə də oturub söhbət etməkdə Azərbaycan hakimiyyəti və dövlətinin hər hansı bir problemi yoxdur.İndidən ermənilərin reinteqrasiya prosesinin başlaması barədə söhbət açmaq hələ tezdir. Amma ilkin təmaslar varsa, bu təmaslar Azərbaycanın diqtəsi ilə həyata keçirilirsə, onda bunu müsbət qiymətləndirmək lazımdır. Bu cür təmaslar növbəti perspektivdə artıq Ermənistan və özünü Qarabağda “qurum” elan edən terrorçu rejim olmadan oradakı əhali ilə daha tez dil tapmağa öz müsbət təsirini göstərə bilər.Digər tərəfdən Ermənistanda revanşist siyasətçilərin, elə Qarabağdakı Vardanyanın yeni müharibə çağırışları fonunda Qarabağ ermənilərinin Azərbaycan təmsilçiləri ilə görüşə başlaması özü artıq müsbət məqamdır. Və ən nəhayət bu proses Ermənistanı faktiki olaraq ən azı Qarabağdakı prosesdən kənara atır və eləcə də rəsmi İrəvanın Cənubi Qafqaza yeni oyunçular daxil etməsi prosesinə də zərbə vurur.Düşünürəmki, bundan sonrakı mərhələdə biz Rusiyanın prosseslərə səssiz qalmayacağının və Ermənistanı yoluna qaytarmaq üçün bütün təzyiq vasitələrindən istifadə edəcəyinin şahidi olacağıq. Rusiya tərəfinin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməsinin vacibliyi ilə bağlı müxtəlif səviyyələrdə səsləndirdiyi bəyanatlar, Lavrovun Bakı səfərindəki Ermənistana yönəlik mesajları və eləcə də Qarabağ ərazisindən Rusiya vətəndaşlarını təxliyə etməyə başlaması faktiki olaraq Ermənistana xəbərdarlıq kimi qiymətləndirilməlidir. Amma onu da bilmək lazımdır ki, Rusiyanın bu cür mövqe sərgiləməsi heç də Azərbaycanın maraqlarını müdafiə etməkdən deyil, regionda öz mövqelərini qoruyub saxlamaq istəyindən qaynaqlanır.Odur ki, Azərbaycan olaraq biz də nə Qərbin, nə Rusiyanın nə deməsini və hansı oyunlar oynamasında asılı olmayaraq öz maraqlarımızı təmin etməliyik. Bunun üçün ən uyğun yol Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəlikləri icra etməsi üçün onu buna məcburetmədən keçir. Azərbaycanın qısa vaxt ərzində Laçın yolu üzərində gömrük və sərhəd məntəqələri qurmaqla nəzarəti öz üzərinə götürməsi və erməni hərbi birləşmələrini tərk-silah edib ərazilərimizdənçıxarmaq üçün əməliyyatlara başlaması ən doğru yol oldu”,-deyə Politoloq Rəşad Bayramov fikrini yekunlaşdırdı.

Fərahim Rəhimov