Lənkəranda narkotacir saxlanıldıbackend

Lənkəranda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

“Yeni Gündəm” DİN-ə istinadən xəbər verir ki, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nahid Nurullayev saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 14 qram narkotik vasitə tiryək,10 qram heroin və 1 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram tiryək, 895 qram qurdulmuş marixuana, 28 qram heroin, 1,6 qram metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır