Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb.
“Yeni Gündəm” xəbər verir ki, sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Media Center” və “Var- Yox” tərəfindən hazırlanıb.
“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, – deyə layihənin tanıtımında qeyd olunub.
Leyla Əliyeva videoçarxı instaqram səhifəsində paylaşaraq qadın zorakılığına qarşı çıxıb.
Layihədə #susma həştaqından da istifadə olunub.