Londonda silahlı hücum: 1 ölü, 2 yaralı   backend

İngiltərənin paytaxtı Londonun şərqində silahlı hücum olub.

Londonda silahlı hücum nəticəsində bir qadın ölüb, iki nəfər yaralanıb.

Polisdən verilən açıqlamada, Hackney rayonunda baş verən hücumda 42 yaşlı qadının öldüyü, 20 və 16 yaşlı iki nəfərin yaralandığı bildirilib. Açıqlamada yaralıların xəstəxanaya aparıldığı, hadisə ilə bağlı araşdırmalara başlanıldığı, hələlik həbs olunanların olmadığı bildirilib.

Hackney nəzarətçisi Vicky Tunstall verdiyi açıqlamada: “Biz araşdırmamızın ilkin mərhələsindəyik. Nə baş verdiyini müəyyən etmək üçün ekspert detektivlər qrupu işləyir. Zabitlər gecəni hadisə yerində keçirəcək və yaxın bir neçə gün ərzində ərazidə olacaqlar. London küçələrində silah cinayətinə yer yoxdur. Biz bu alçaq cinayətə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün əlimizdən gələni edəcəyik”.

Mənbə: TGRT

Aynur Camal