Londonun məşhur küçəsi Ramazan işıqları ilə işıqlandırılıbbackend

İngiltərənin paytaxtı Londonun məşhur turistik yerlərindən biri olan Piccadilly Street bu il Ramazana xas küçə bəzəkləri ilə bəzədilib. “Ramazan mübarək” mesajı ilə bəzədilmiş aypara şəkilli işıqlar böyük marağa səbəb olub, Londona Ramazan şövqünü və ruhunu gətirib.

Ramazan sevinci Londonun məşhur küçəsi Pikadilliyə köçdü. Küçə Ramazan ayı üçün xüsusi hazırlanmış işıqlarla təchiz edilib.

Ötən il ilk dəfə olaraq Londonda Ramazan işıqları küçələri işıqlandırıb. Bu il də ənənə dəyişmədi. Yeni işıqlarla Ramazanın ruhu və coşqu London küçələrinə gətirildi.

Ramazan işıqlandırmaları müsəlman təşkilatları və donorlar tərəfindən dəstəklənib.

London meri Sadik Xan: Mən bu atmosferlə həqiqətən fəxr edirəm

London meri Sadık Xanın da qatıldığı mərasimdə işıqlar yandırılıb. Sadıq Xan çıxışında bu sözləri söylədi:

“Mən bu atmosferlə həqiqətən fəxr edirəm. Londonda qeyd edəcəyimiz çox müxtəliflik var. Londonda müxtəlif dinlərdən olan o qədər çox insan var. Müsəlmanlara hörmət edilir və Qərb bayramları qəbul edir, bu, Londonun gözəl cəhətidir”.

Ramazan işıqları həm londonluların, həm də turistlərin böyük marağına səbəb olub. İşıqlar bu gündən aprelin 12-dək yanacaq.

Mənbə: TrtHaber

Aynur Camal