Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Minsk Belarus lideri Aleksandr Lukaşenkonun səhhətində problem barədə rəsmi məlumat verməyib.
Lukaşenkonun xəstəliyi ilə bağlı xəbərləri şərh edən Kreml rəsmi məlumatlara diqqət yetirməyə çağırıb.
“Minskdən belə bir rəsmi mesaj olmayıb”, – Peskov vurğulayıb.
Bundan əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Belarus Prezidenti Aleksandr Lukaşenkonun xəstələndiyini açıqlamışdı.
Eyni zamanda o, Belarus liderinin sağlamlığı üçün ciddi təhlükənin olmadığını bəyan edib.
Yanvarda Lukaşenko xəstəlikləri ilə bağlı şayiələri təkzib edib və bundan sonra da yaşayacağına söz verib./APA