“Luna 25-in qəzasından dərs almalıyıq”backend

“Luna 25-in qəzaya uğraması utancverici hadisədir, lakin yaxşı tərəfi də budur ki, bu səhv gələcəkdə təcrübə kimi istifadə olunacaq” – Rusiya prezidenti Vladimir Putin alimlər və kosmik sənaye mütəxəssisləri ilə görüşdə deyib.

O həmçinin, Ay proqramına dəstəyin davam edəcəyinə söz verib.

“Səhvlər səhvlərdir, mürəkkəb fəaliyyət sahəsidir. Hamı inciyir, pis olur, sizi inandırıram, amma eybi yoxdur, hamı başa düşür ki, bu kosmonavtikadır, kosmosun tədqiqidir… Mənfi alınsa da gələcəkdə səhvləri düzəltmək üçün istifadə olunacaq təcrübədir”.

Putin bildirib ki, Roskosmosun rəhbəri Yuri Borisov ona qəzanın səbəbləri barədə məlumat verib: “Bu, ayrı məsələdir, biz daha yaxından baxmalıyıq”. Prezidentin sözlərinə görə, Luna-25-də olduğu kimi uğursuzluqlar günümüzdəki tənzimləmənin “mövcud həddindən artıq tələbləri ilə belə” baş verir.

İclasda da iştirak edən Borisov etiraf edib ki, növbəti Ay kosmik gəmisi Luna-26-nın buraxılışı 2027-ci ildən 2026-cı ilə qədər təxirə salına bilər.

Luna-25 avqustun 11-də Amur vilayətindəki Vostoçnı kosmodromundan buraxılıb. Beş gün sonra cihaz Ayın orbitinə daxil olub. Stansiya avqustun 21-dən 24-dək Aya enməli idi, lakin avqustun 19-da Roskosmos eniş öncəsi orbitə keçid zamanı fövqəladə vəziyyət barədə məlumat verib. Ertəsi gün dövlət korporasiyası cihazın Ay ilə toqquşduğunu və fəaliyyətini dayandırdığını açıqlayıb.

Borisov bildirib ki, “Luna 25” Ayın səthində qəzaya uğrayıb, çünki akselerometr mühərriki söndürmək üçün lazım olan məlumatı ötürmür. Daha sonra Roskosmos qəzanın ən çox ehtimal olunan səbəbini bortda idarəetmə sisteminin anormal işləməsi adlandırıb.

Xatırladaq ki, Luna 25, 2018-ci ildə təsdiqlənmiş Rusiyanın Ay proqramının birinci mərhələsinin bir hissəsi idi. Bu, digər məsələlərlə yanaşı, avtomatik stansiyalar tərəfindən yerin peykinin öyrənilməsini də əhatə edir. Onun çərçivəsində daha üç missiya planlaşdırılıb.

Mənbə: mail.ru

Aynur Camal