Macarıstan NATO-nun İsveçə icazəsini verdibackend

 Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

Macarıstanın təsdiqindən sonra İsveç NATO-nun 32-ci üzvü olacaq.

İsrailin blokadası altında olan Qəzzadan son xəbərlər gəlməyə davam edir…

Dünyanın dörd bir yanından gələn reaksiyalara qulaq asmayan İsrail, Rəfaha hücum üçün geri saymağa başlayıb. İsrail Müdafiə Nazirliyi Müharibə Kabinetinə həm dinc fələstinliləri Rəfahdan təxliyə etmək, həm də Misir sərhədi yaxınlığındakı Qəzza bölgəsində HƏMAS-ın son batalyonlarından bəzilərini hərbi yolla məhv etmək planını təqdim edib. Vaşinqtonda İsrail səfirliyi qarşısında özünü yandıran ABŞ əsgəri “Mən daha soyqırımın ortağı olmayacağam” deyə qışqırıb. Həmin anların görüntüləri sosial şəbəkədə yayımlanıb. Digər tərəfdən, Beynəlxalq Ədalət Məhkəməsində (İƏM) İsrailin Fələstini işğalının hüquqi nəticələri ilə bağlı keçirilən dinləmədə Türkiyə adından təqdimat edən xarici işlər nazirinin müavini Əhməd Yıldız, “İsrail Qəzzada bizə orta əsrlərin qaranlığını yaşadır. Bu, regionda demoqrafik quruluşu dəyişir” deyib.

Həmçinin İsrail-Həmas müharibəsində son hadisələrə görə İsrail səfirliyi qarşısında özünü yandıran ABŞ əsgəri dünyasını dəyişib.

Mənbə: hurriyyət.tr

Aynur Camal