Maduro: Bu müharibədə qalib gəlməliyikbackend

Venesuela prezidenti Nikolas Maduro deyib: “Biz bu müharibədə yaşamaq hüququ, torpaq hüququ, müstəqillik və Fələstin dövləti uğrunda qalib gəlməliyik”.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Maduro iştirak etdiyi televiziya proqramında çıxış edərək dünyanı sionist rejimin Qəzzəyə hücumlarını dayandırmağa çağırıb.

Maduro, “Bütün dünyaya çağırışım budur, vətəninizdə qalmağa davam edin. Qaçmayın, çünki yaşamaq haqqı, torpaq hüququ, müstəqillik və Fələstin dövləti üçün bu savaşı qazanmalıyıq. Bizi sevən çox insan var”deyib.

Həmçinin Venesuela prezidenti Maduro da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının fövqəladə Birgə Zirvə Toplantısı”ndan sonra qəbul edilən ortaq bəyannaməni dəstəklədiklərini bildirib.

Mənbə: İLKHA

Aynur Camal