Mafiya Cennaro Qattuzonun ailəsini hədələyirbackend

İtalyan mafiyası Cennaro Qattuzonun ailəsini hədələyir!

“L’Equipe” xəbər verir ki, Kalabriya mafiyası “Marsel”in baş məşqçisi Cennaro Qattuzonun ailəsindən pul tələb edir.

Mənbənin sözlərinə görə, Qattuzonun atası sahib olduğu torpaq sahəsinə fotovoltaik panellər quraşdırmağı planlaşdırıb. Bu layihə üçün o, 80 min avro məbləğində maliyyə alıb. Cinayətkarların Gattusonun atasından pul tələb etdiyi və oktyabr və dekabr aylarında qızı İda Elvira Qattuzonun avtomobilini iki dəfə yandıraraq ona təzyiq göstərməyə çalışdıqları iddia edilir.

 

 

 

 

 

Bundan sonra məşqçinin atası polislə əlaqə saxlayıb və orada araşdırma başlayıb. Hazırda iki nəfərin saxlanıldığı məlumdur.

Xatırladaq ki, Qattuzo 2023-cü ilin sentyabrında “Marsel”i çalışdırıb. Mütəxəssisin klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Mənbə: mail.ru

Aynur Camal