Mahir Emreli qola yaxın oldu – VİDEObackend

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatının 26-cı turunda  “Şibenik”i sınağa çəkir. 

“Yeni Gündəm” xəbər verir ki, paytaxt təmsilçisinin heyətində cari çempionatda debüt oyununa çıxan 24 yaşlı futbolçumuz matçın 35-ci dəqiqəsində fərqlənməyə yaxın olub. Lakin Emrelinin vurduğu top qapı tirinə dəyib.

Qeyd edək ki, hazırda matçda fasilədir. Meydan sahibləri 1:0 hesabıyla irəlidədir.