Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilər ətrafında müzakirələrin dairəsi getdikcə genişlənir.
”Yeni Gundem” xəbər verir ki, hazırda haqqında söz-söhbət yayılan dairələrdən biri 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsidir.
Dairədə qeydə alınan 7 namizəddən 5-i bitərəfdir. Rəqabət aparan digər iki güclü namizəd isə YAP təmsilçisi Mahir Süleymanlı və REAL-ın təmsilçisi Rüstəm Hidayətzadədir.
Sosial şəbəkələrdə paylaşılan məlumatlarda bildirilir ki, keçmiş deputat Tahir Süleymanovun nəvəsi Mahir Süleymanlı da rəqiblərini maliyyə gücü ilə sıxışdırır və ona bu işdə Xaçmaz Rayon İcra Hakimiyyəti “dəstək” verir.
Məsələni dəqiqləşdirmək üçün Pravda.az-ın əməkdaşı “İqtisadiyyat REALLIQDIR!” şüarı ilə seçkiyə qatılan R.Hidayətzadənin fikirlərini öyrənib. Hidayətzadə iddiaları belə dəyərləndirib: “Hələ ki mənə bu barədə zəng edən olmayıb. Olsaydı, deyərdim. Bu barədə başqalarından da heç nə eşitməmişəm…”