Makron İsrailə getdibackend

Fransa prezidenti Emmanuel Makron həmrəylik səfəri üçün Təl-Əvivə gəlib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

BFMTV-nin məlumatına görə, Fransa liderinin İsrailin baş naziri Benyamin Netanyahu, ölkə prezidenti İsaak Hersoq və israilli girovların ailələri ilə görüşü gözlənilir.

Bundan başqa, Makron İordan çayının qərb sahilində Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşmək niyyətindədir.

Oktyabrın 22-də İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makron və Hollandiyanın baş naziri Mark Rutte ilə telefon danışığı aparıb. “Netanyahunun ofisi Fransa prezidenti Makronun çərşənbə axşamı İsrailə enəcəyini təsdiqləyir”, – İsrail baş nazirinin ofisi bildirib.

Mənbə: Lenta.Ru

Aynur Camal