Mali və Niger Fransa ilə vergi müqavilələrini ləğv edəcəkbackend

Fransa Afrikada gücünü itirməkdə davam edir: Mali və Niger Fransa ilə vergi müqavilələrini ləğv edəcək.

Mali və Nigerdəki hərbi rəhbərlik Fransa ilə illərdir davam edən vergi razılaşmasını “Fransanın israrlı və düşmən münasibəti” və “gəlir itkisi” səbəbiylə ləğv etməyi planlaşdırdıqlarını açıqlayıb.

Yerli mətbuatın məlumatına görə, Mali və Niger hərbi xuntaları Fransa ilə onilliklər ərzində saxladıqları vergi razılaşmasını üç ay ərzində ləğv edəcəklərini açıqlayıblar.

İki ölkənin hərbi xuntalarının verdiyi ortaq bəyanatda Fransanın onlara qarşı “israrlı və düşmən münasibəti” olduğu bildirilib.

Açıqlamada, Fransa ilə vergi razılaşmasının Mali və Niger üçün əhəmiyyətli gəlir itkilərinə səbəb olduğu ifadə edilərək, “Ölkələrimizin gəlir itkisinə səbəb olan bu balanssız vergi razılaşmasına son qoyulmasına qərar verildi” ifadələri işlədilib.

Mali 1972-ci ildə Fransa və 1965-ci ildə Nigerlə vergi sazişi imzalayıb. O vaxtdan bəri qüvvədə olan hər iki saziş ikiqat vergitutmanın qarşısının alınması və maliyyə məsələlərində əməkdaşlığın asanlaşdırılması məqsədi ilə imzalanıb.

Bu qərar bu ilin əvvəlində Burkina Faso hərbi hökumətinin qəbul etdiyi oxşar qərardan sonra verilib.

Mənbə: TGRT

Aynur Camal