Malidə terror aktları dayanmır: İkiqat hücumda onlarla insan ölübbackend

Malidə terror aktları davam edir. Qayıq və hərbi obyektə edilən terror hücumunda 64 nəfər həyatını itirib, 50 hücumçu zərərsizləşdirilib.

“Yeni Gundem”in məlumatına görə, malidə ikiqat terror aktı baş verib. Səlahiyyətlilərdən verilən açıqlamada, dünən Niger çayı üzərindəki Timbuktu şəhəri açıqlarında bir sərnişin qayığına raket hücumu nəticəsində 49 mülki şəxsin öldüyü bildirilib. Ən azı 3 raketin atıldığı qayığın ordu tərəfindən təxliyyə edildiyi bildirilib.

Qao bölgəsində hərbi obyektə edilən hücumda 15 əsgərin öldüyü, 50 hücumçunun zərərsizləşdirildiyi açıqlanıb.

Hücumlara görə məsuliyyəti bölgədə terror fəaliyyəti həyata keçirən Əl-Qaidə ilə əlaqəli qrup öz üzərinə götürüb.

2020-ci ildə Malidə hərbi çevriliş baş verdi və keçid hökuməti quruldu. İlin sonuna qədər ölkəni tərk etməsi tələb edilən Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin Timbuktu yaxınlığındakı iki bazanı silahlı qüvvələrə təhvil verməsindən sonra bölgədə gərginlik artıb.

Mənbə: İhlas Xəbər Agentliyi