“Mall”larla bağlı AÇIQLAMAbackend

“Ölkə ərazisində iri ticarət mərkəzlərinin və molların fəaliyyətinin bərpası üçün epidemioloqlarımız yekdil qərara gələ bilərlər”.

Bunu Azərbaycanın baş infeksionisti, tibb elmləri namizədi Cəlal İsayev deyib.

O, ticarət mərkəzlərinin və molların fəaliyyətinin bərpa olunmasını istədiyinə diqqət çəkib:

“Çünki bu kimi ticarət mərkəzlərində çoxsaylı insanlar ailələrinin dolanışığını təmin edir. Eyni zamanda bu məkanlar insanların çox toplaşdığı yerdir. Burada məhdudiyyətlər qoymaqla, mexanizmlər işləyib hazırlamaqla ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Güman edirəm ki, mütəxəssislər bunun üzərində işləyir və epidemioloqlarımız bir qərara gələ bilərlər”.Teleqraf