“Mançester Yunayted” dörd oyunçu transfer edirbackend

Koronavirusa baxmayaraq, minumum maliyyə problemi yaşayan “Mançester Yunayted” ən yaxın transfer pəncərəsində heyətini 4 futbolçu ilə gücləndirməyi planlaşdırır.

“Yeni Gündəm” xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ole-Qunnar Sulşer Cek Qriliş (“Aston Villa”), Ceydon Sanço (“Borussiya” Dortmund), Jude Bellinqhem (“Birminqem”) və bir müdafiəçi transsfer olunmasını istəyir.

“MY”da müdafiə xətti üçün namizəd oyunçular Matteys De Liqt (“Yuventus”), Kalidu Kulibali (“Napoli”), Dayo Upamekano (“Leyptsiq”) olduğu bildirilir.